Mühasibatlıq xidməti

Mühasibatlıq xidməti

Bizim konsaltinq şirkəti əməkdaşlığımızın bütün şərtlərini (mühasibat xidmətlərinin başlayacağı tarix, müqavilənin qüvvədə olma müddəti, tərəflərin hüquq və öhdəlikləri), iş qaydasını (ilkin sənədlərin təqdimat müddəti, hesabatların, ödəniş sənədlərinin hazırlanma müddəti), ödəniş müddətini (icra ilə bağlı ödənişin həyata keçirilmə müddəti, ödənişin gecikməsinə görə dəbbə pulunun ödənilmə müddəti), tərəflərin məsuliyyətini, eləcə də müştərinin əlavə etmək istədiyi xidmətlərin siyahısı və onun dəyərini əhatə edən müqavilə əsasında sizə mühasibat və vergi uçotunu bütünlüklə aparmağı təklif edir.

Biz kiçik, yaxud orta həcmli biznesə malik olmasından asılı olmayaraq, Fərdi Sahibkarlara (FS), şirkət və müəssisələrə kompleks mühasibatlıq xidmətləri təklif edirik. Bu zaman müştəriyə mühasibatlıq və vergilər üzrə məsləhətlər verildiyinə görə abonent xidmət haqqı dəyişilməz olaraq qalır. Kiçik həcmli müəssisələrə işçilərinin sayı 10 nəfərdən artıq olmayan, orta həcmli müəssisələrə isə işçilərinin sayı 10-50 nəfər olan təşkilatlar daxildir.

İcra etdiyimiz işlər:

  • İlkin sənədlərin hazırlanması və onların 1C proqramının elektron bazasında işlənməsi;
  • Bank və ödəniş sənədlərinin işlənməsi;
  • Əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması;
  • Aylıq vergi sənədlərinin hazırlanması (bəyannamə, hesabat);
  • Vergilər Nazirliyi üçün ƏDV üzrə bəyannamələrin hazırlanması;
  • Vergilər Nazirliyi üçün ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin hazırlanması;
  • Vergilər Nazirliyi üçün əmək haqqı üzrə vergi bəyannamələrinin hazırlanması;
  • DSMF üçün hesabatların hazırlanması;
  • Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması;
  • Şirkət balansının hazırlanması;
  • Mənfəət və zərər üzrə illik hesabatların hazırlanması;
  • Rəhbərlik (Menecment) üçün bütün zəruri hesabatların hazırlanması;
  • Təşkil olunması və hesabatların bütün dövlət orqanlarına təqdim edilməsi.

Mühasibatlıq xidmətinin birinci ayı – ödənişsiz.