Kadrlar uçotu üzrə xidmətlər (İR xidmətləri)

Kadrlar uçotu üzrə xidmətlər (İR xidmətləri)

Məlumdur ki, şirkət uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri kadrların uçotunun aparılmasıdır. Bir çox rəhbərlər bu növ uçotun zəruriliyini lazımınca qiymətləndirmirlər. Son zamanlarda kadrlar uçotunun düzgün aparılmaması ilə bağlı bir çox şirkətlərdə, xüsusilə də xarici vətəndaşların işlədiyi şirkətlərdə cərimə halları meydana gəlir.

Konsaltinq şirkətimiz müştəri ilə kadrlar uçotu üzrə müqaviləyə əsaslanan tam xidmət təklif edir.

Kadrlar üzrə kargüzarlıq sisteminin təşkil olunması, xüsusilə:

  • Əmrlərin tərtib olunması, qeydiyyatı və excel sisteminə daxil edilməsi;
  • İşçilərin şəxsi işlərinin yaradılması;
  • Müqavilələrin və onların əlavələrinin tərtib olunması;
  • Məzuniyyət və ştat cədvəllərinin tərtib olunması;
  • Təftiş predmeti üzrə kadr kargüzarlığının yoxlaması
  • Proseduranın tələb olunan kadrlar prosesinə uyğun şəkildə yazılması.