Mühasibat xidmətləri

Mühasibatlıq xidməti

“ABC Consulting” Şirkəti mühasibatlıq sahəsində tam müşayiəti təklif edir. İşlər müqavilə əsasında həyata keçirilir, bu müqavilədə aşağıdakı təfsilatlar dəqiq təsvir olunur:

  • Xidmətin başladılması;
  • Razılaşmanın müddəti;
  • Hər bir tərəfin hüquq və öhdəlikləri;
  • İşlərin icrasının xüsusiyyətləri (işlənib hazırlana bilən sənədlər, hesabat və pdəniş sənədlərinin hazırlanma müddəti);
  • Ödəniş müddəti və onlara əməl olunmamasına görə cərimə tətbiq olunması;
  • Sifarişçi və icraçının məsuliyyətləri.

Həmçinin müqavilədə konzaltinq şirkətinin yerinə yetirməli olduğu xidmətlərin siyahısı razılaşdırılır. Siyahıya yeni xidmətlərin daxil edilməsi üçün əlavə müqavilə bağlamaq zəruridir.

Müxtəlif səviyyələrdə şirkətlər tərəfindən xidmətlərin təmin edilməsi
Biz fərdi sahibkarlar (FS), mikro və kiçik sahibkarlarla işləyirik. Mikro sahibkarlar 10 nəfərə qədər işçisi olan firmalara aid edilir və kiçik sahibkarlar 11-50 nəfərə qədər işçi heyəti olan firmalara aid edilir. Vergi sahəsində və digər sahələrdə məsləhət verilməsi təmin edilən mühasibat xidmətlərinin dəyərinin artmasına təsir göstərmir.

Təklif olunan xidmətlərin siyahısı

  • İlkin sənədlərin işlənib hazırlanması və mühasibat proqram təminatı məlumat bazasına daxil edilməsi (proqram Azərbaycan Respublikasının qanunların tam uyğunlaşdırılıb, öz müştərilərimizə təqdim olunur);
  • Bank və Kassa (Kassa mədaxil və məxaric orderin ) ödəniş sənədlərinin işlənilib hazırlanması;
  • İşçilərin Əmək haqqının hesablanması
  • Əmək haqqı cədvəllərinin hazırlanması;
  • BTP proqramında Vergilər Nazirliyi üçün bütün növ sənədlərin, bəyannamələrin, hesabatlar hazırlanması və göndərilməsi (aylıq, rüblük, illik) (Mənfəət, Qəlir, Sadələştirmiş, Gəlir, Muzdlu, Əmlak, Torpaq, ƏDV, Ödəmə Mənbəyində Vergi, Əmək haqqından tutulan vergi);
  • Dövlət Sosial Müdafiə Fondu üçün bəyannamələrin hazırlanması və göndərilməsi
  • Xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin hesablanması,
  • Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması və göndərilməsi,
  • Məşğulluq mərkəzi üçün hesabatların hazırlanmasi və göndərilməsi, (aylıq, rüblük, illik)
  • Vergi Hesab Faktura (ƏDV ödəyicilər üçün) hazırlanmasi və göndərilməsi
  • Elektron qaimərin hazırlanmasi və göndərilməsi
  • ƏDV-ilə sub hesabında hesablaşmalarin aparılması
  • Asan imzayla bağlı müvafiq işlərin icra edilməsi
  • Tenderdə iştirak edən müəssisələr üçün tender sənədləri hazırlanması
  • Müəssisənin balansının hazırlanması;
  • İllik bəyannamələrin hazırlanması;
  • Rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması;
  • Hesabatların tərtib olunması və dövlət orqanlarına təqdim olunması.

Qeyd olunan və digər xidmətlər bizim mütəxəssislərimiz tərəfindən təqdin olunur. Sifariş internet saytında və ya menecerin telefon vasitəsilə həyata keçirilir.

WHATSAPP ZƏNG ET