Mühasibat paketləri

Tarif № 1 “Sıfır problem”

“Sıfır problem” mühasibat xidmətləri paketi sıfır hesabat təqdim etməli olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istifadə olunur. Birinci növbədə bu kateqoriyaya yalnız dövlət orqanlarında firma qeydiyyatdan keçirmiş sahibkarlar və ya fərdi sahibkarlar daxildir. Buna görədə hüquqi qeydiyyatdan sonra biznesin başladılması üçün vaxt tələb olunur, lakin qanunvericilikdə hesabatların məcburi şəkildə təqdim olunması nəzərdə tutulur. Əks təqdirdə, cərimə tətbiq olunur. Bu, həmçinin əməkdaşı olmayan, hazl-hazırda sahibkarlıq fəaliyyəti həyata keçirməyən şirkətlərə də şamil olunur.

“Sıfır Problem” tarifi çərçivəsində, biz aşağıdakıları üzərimizə götürürük:

  • sıfır hesabatın hazırlanması və müvafiq dövlət xidmətlərinə təqdim olunması;
  • vergi məsələləri üzrə konsaltinq.

Bunun üçün yalnız elektron imza lazımdır (ASAN İmza).

Tarif No 2 “Ekonom”

“Ekonom” paketində nəzərdə tutulan xidmətlər sadələşdirilmiş vergi sistemində hüquqi şəxslər və fərdi sahibkarlar üçün əlverişlidir. Bir qayda olaraq, bunlar kiçik pərakəndə satış və xidmət müəssisələridir. Bu sahibklarlar üçün bizim mühasibatlıq dəstəyimizə aşağıdakılar daxildir:

  • sadələşdirilmiş vergi dərəcəsinin hesablanması;
  • əməkdaşlara verilən əmək haqqlarının hesablanması;
  • dövlət orqanları ilə danışıqlar və vergi hesabatlarının təqdim olunması;
  • vergilər və yığımlar üzrə konsaltinq.

Tarif No 3 “Standart”

“Standart” tarifi üzrə xidmətlər gəlir vergisi ödəyən, lakin ƏDV ödəməyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün müəyyən edilib. Bu kateqoriyaya illik dövriyyəsi 200,000 AZN-dən az olan ticarət və xidmət sahələrindən olan müəssisələr daxildir. Bu biznes kateqoriyası üçün, biz aşağıdakıları həyata keçiririk:

  • xüsusi proqramın köməyi ilə mühasibatın açaraltı formada aparılması;
  • vergi hesabatlarının yaradılması;
  • əməkdaşlara verilən əmək haqqlarının hesablanması;
  • dövlət orqanları ilə danışıqlar və vergi hesabatlarının təqdim olunması;
  • vergilər və yığımlar üzrə konsaltinq.

Tarif No 4 “Biznes”

“Biznes” tarifi üzrə xidmət paketi gəlir vergisi və ƏDV ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün faydalıdır. Bu sahədə illik dövriyyəsi 200,000 AZN və daha çox olan, ticarət, inşaat və xidmət sahəsindən olan müəssisələr yerləşir. “Biznes” paketinin şərtlərinə aşağıdakılar daxildir:

  • Xüsusi proqramın köməyi ilə mühasibatın açaraltı formada aparılması;
  • Vergi hesabatlarının hazırlanması;
  • Aylıq ƏDV ödənişlərinin hesablanması;
  • Əməkdaşlara verilən əmək haqqlarının hesablanması;
  • Xarici iqtisadi fəaliyyət (XİF) həyata keçirən zaman Yük Gömrük Bəyannamələri (YGB) ilə işlər;
  • Dövlət orqanları ilə danışılar və hesabatların təqdim olunması;
  • Vergilər və yığımlar üzrə konsaltinq.

Vacib! Seçilmiş tarif vergi sahəsində sizin maraqlarınızı qorumaqla əlaqəli xidmətlərimizin keyfiyyətinə təsir göstərmir! Hər bir müştəri mühasibat paketlərinin dəyərinin formalaşdırılmasında fərdi yanaşmaya etibar edə bilər. 2 və ya daha çox müəssisənin saxlanılması barədə müqavilə imzalandığı halda, biz əhəmiyyətli dərəcədə endirimlər edəcəyik.

WHATSAPP ZƏNG ET