Şirkətlərin və fərdi sahibkarların qeydiyyata və yenidən qeydiyyata alınması

Şirkətlərin məcburi qeydiyyatını izah edən vacib zərurət sizin şəxsi əmlakınız və maliyyə aktivlərinizin icra prosesindən qorumaqdır. Hüquqi şəxsin yaradılması sizin dövlət və üçüncü tərəflərin əmlak iddiaları üzrə tələblərinə qarşı müdafiəniz olacaqdır. Məsələn, siz hüquqi şəxsi qeydiyyatdan keçirmədən biznes həyata keçirirsiniz, maliyyə çətinlikləri yarandıqda, məhkəmə orqanları sizin avtomobiliniz, mənziliniz, bağ eviniz və ya şəxsi hesablarınızdan pullarınızı məhkəmə instansiyasının qərarına əsasən kreditorların xeyrinə müsadirə edə bilər.

Öz biznes layihənizi başlatmaq üçün təşkilati hüquqi forması və vergiqoyma sisteminin növü düzgün seçilməlidir. Bunun üçün vergi orqanlarına təqdim olunacaq əlavə sənədləri düzgün tərtib etmək lazımdır. Hazırkı mərhələdə əhəmiyyətli dərəcədə əlavə maliyyə xərclərinə gətirib çıxara bilən səhvləri aradan qaldırmaq üçün, “ABC Consulting” Şirkətinin müvafiq məsələlərin həllində zəngin təcrübəsi olan mütəxəssislərindən istifadə edin.

İlkin məsləhət üçün sizdən ödəniş alınmayacaqdır, PULSUZ.

Bütün dünyada olduğu kimi Azərbaycanda da biznesin ən geniş yayılmış təşkilati hüquqi forması (ASC) Açıq Səhmdar Cəmiyyətidir.

“ABC Consulting” Şirkəti açıq səhmdar cəmiyyəti (ASC), səhmdar cəmiyyətinin (SC) və həmçinin xarici şirkətlərin Azərbaycan Respublikasının ərazisində filialları və nümayəndəliklərinin qeydiyyata alınması və təkrar qeydiyyatı zamanı dəstək verir.

Biz aşağıdakılardan ibarət bütün məsələləri öz üzərimizə götürürük:

  • Bütün zəruri sənədlərin toplanması və hazırlanması
  • təsis sənədlərinin tərcümə olunması;
  • Fəaliyyət növünün seçilməsi;
  • Notarial təsdiq;
  • Nizamnamə kapitalı və dövlət rüsumlarının ödənilməsi;
  • müvəqqəti bank hesablarının açılması
  • Sənədlərin hazırlanması və Vergilər Nazirliyinə təqdim olunması;
  • Kuryer xidməti;
  • Möhürün hazırlanması;

“ABC Consulting” şirkəti ilə əməldaşlıq zəmanət verilmiş uğurlu nəticədir.

WHATSAPP ZƏNG ET