Tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
Bir çox şirkət vaxtaşırı olaraq malların və xidmətlərin təchiz edilməsi üzrə tenderlərdə iştirak etməyə məcburdur. Tenderlərdə iştirak biznes üçün yaxşı perspektivlər açır. Lakin dəyərli müqavilənin məhz sizin şirkətinizə qismət olması üçün, tender sənədlərinin hazırlanması məsələsinə tam ciddiyyət və məsuliyyətlə yanaşmaq lazımdır. Odur ki, hazırkı tədbirdə tam hüquqlu iştirakçı olmağa imkan verən zəruri sənədlərin siyahısı hazırlıq zamanı həlledici rol oynayır.
Tender elə bir müsabiqədir ki, burada sifarişçi xidmət və mallarını təklif edir və iştirakçı isə faydalı müqaviləni əldə etmək hüququ uğrunda rəqabət aparır. Sifarişçiyə daha cazibədar və perspektiv təklif təqdim edən şirkət sifarişçi ilə qarşılıqlı faydalı tərəfdaşlıq əldə edir.
Tenderin əldə olunması üçün sənədləşmənin düzgün rəsmiləşdirilməsinin vacibliyi
Tenderlərdə uğurlu iştirak çox hallarda tenderlər sənədlərinin düzgün rəsmiləşdirilməsindən asılı olur. Buradan məntiqi bir sual ortaya çıxır, nə üçün? Məsələ burasındadır ki, sənədlərin rəsmiləşdirilməsi birbaşa olaraq iştirakçı şirkətlər üçün sövdələşmənin nəticələrinə təsir göstərir. Hətta sənədləşmədəki cüzi xətalar və ya onun qeyri düzgün rəsmiləşdirilməsi dərhal sövdələşmələrdə iştirakdan kənarlaşdırılmaya gətirib çıxarır. Odur ki, tender sənədləşməsinin hazırlanmasına məsuliyyətlə yanaşmaq çox vacibdir.
Rəsmiləşdirmə və sövdələşmələrdə iştirakın xüsusiyyətləri
Tenderlərin rəsmiləşdirilməsi sadə proses deyildir, burada diqqətlilik, ciddilik və qanunvericilik bazasına yiyələnmək vacibdir. Tender sənədlərinin qeyri düzgün rəsmiləşdirilməsi sövdələşmələrin nəticələrinə mənfi təsir göstərə bilər.
Bizim əməkdaşlarımızın sənədlərin hazırlarınması və rəsmiləşdirilməsi prosesində iştirakı
Bizim şirkətimiz praktiki olaraq ölkənin bütün regionlarında tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə xidmətlərin təqdim olunması sahəsində ixtisaslaşıb. Bizim mütəxəssislərimiz tenderdə qalib olmaq üçün bütün zəruri sənədləri keyfiyyətlə və öz vaxtında hazırlayır və rəsmiləşdirir.
Bizim əməkdaşlırımız zəruri olduğu halda sövdələşmələrdə iştirak üçün sənədlərin düzgün rəsmiləşdirilməsi ilə əlaqədar məsləhətləşmə aparır. Bizimlə outsorsinq mühasibat xidmətləri haqqında müqavilə imzalayan şirkətlər bu xidmətləri tamamilə pulsuz əldə edir.
Bizimlər outsorsinq mühasibat xidmətləri haqqında müqavilə imzalayan şirkətlər üçün bu xidmət PULSUZDUR.