Skip to Content

Tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi


Tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Bir çox şirkət vaxtaşırı olaraq malların və xidmətlərin təchiz edilməsi üzrə tenderlərdə iştirak etməyə məcburdur. Tenderlərdə iştirak biznes üçün yaxşı perspektivlər açır. Lakin dəyərli müqavilənin məhz sizin şirkətinizə qismət olması üçün, tender sənədlərinin hazırlanması məsələsinə tam ciddiyyət və məsuliyyətlə yanaşmaq lazımdır. Odur ki, hazırkı tədbirdə tam hüquqlu iştirakçı olmağa imkan verən zəruri sənədlərin siyahısı hazırlıq zamanı həlledici rol oynayır.

Tender elə bir müsabiqədir ki, burada sifarişçi xidmət və mallarını təklif edir və iştirakçı isə faydalı müqaviləni əldə etmək hüququ uğrunda rəqabət aparır. Sifarişçiyə daha cazibədar və perspektiv təklif təqdim edən şirkət sifarişçi ilə qarşılıqlı faydalı tərəfdaşlıq əldə edir.

Tenderin əldə olunması üçün sənədləşmənin düzgün rəsmiləşdirilməsinin vacibliyi

Tenderlərdə uğurlu iştirak çox hallarda tenderlər sənədlərinin düzgün rəsmiləşdirilməsindən asılı olur. Buradan məntiqi bir sual ortaya çıxır, nə üçün? Məsələ burasındadır ki, sənədlərin rəsmiləşdirilməsi birbaşa olaraq iştirakçı şirkətlər üçün sövdələşmənin nəticələrinə təsir göstərir. Hətta sənədləşmədəki cüzi xətalar və ya onun qeyri düzgün rəsmiləşdirilməsi dərhal sövdələşmələrdə iştirakdan kənarlaşdırılmaya gətirib çıxarır. Odur ki, tender sənədləşməsinin hazırlanmasına məsuliyyətlə yanaşmaq çox vacibdir.

Rəsmiləşdirmə və sövdələşmələrdə iştirakın xüsusiyyətləri

Tenderlərin rəsmiləşdirilməsi sadə proses deyildir, burada diqqətlilik, ciddilik və qanunvericilik bazasına yiyələnmək vacibdir. Tender sənədlərinin qeyri düzgün rəsmiləşdirilməsi sövdələşmələrin nəticələrinə mənfi təsir göstərə bilər.

Bizim əməkdaşlarımızın sənədlərin hazırlarınması və rəsmiləşdirilməsi prosesində iştirakı

Tender autsursinq prosesi

01

a close up of a game board with two cones

Xidmətin başlanğıcı

02

a woman showing a man something on a tablet

Müqavilənin şərtləri

 

03

person writing on white paper

Hər bir tərəfin hüquq və vəzifələri​

04

four men looking to the paper on table

İşin təhlilinin xüsusiyyətləri (inkişaf sənədləri, hesabatların və ödəniş sənədlərinin yaradılması üçün son tarixlər)​

05

person using laptop computer holding card

Ödəniş şərtləri və uyğunsuzluğa görə cərimələr

06

man wearing watch with black suit

Müştərinin və podratçının məsuliyyəti

 

Bizim şirkətimiz praktiki olaraq ölkənin bütün regionlarında tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə xidmətlərin təqdim olunması sahəsində ixtisaslaşıb. Bizim mütəxəssislərimiz tenderdə qalib olmaq üçün bütün zəruri sənədləri keyfiyyətlə və öz vaxtında hazırlayır və rəsmiləşdirir.

Bizim əməkdaşlırımız zəruri olduğu halda sövdələşmələrdə iştirak üçün sənədlərin düzgün rəsmiləşdirilməsi ilə əlaqədar məsləhətləşmə aparır. Bizimlə outsorsinq mühasibat xidmətləri haqqında müqavilə imzalayan şirkətlər bu xidmətləri tamamilə pulsuz əldə edir.


DİQQƏT - Əlverişli şərtlər!

İLK VERGİ MƏSLƏHƏTİ VƏ BİR AY MÜHASİBAT XİDMƏTİ GÖSTƏRİLİB

PULSUZ!!!

Tez-tez verilən suallar

Xüsusi suallarınız varsa, məsləhət üçün bizimlə əlaqə saxlayın

Bəli, ABC Consulting Azərbaycan Respublikasında tenderlərin monitorinqi xidmətləri göstərir. 

Biz dövlət və özəl platformalarda cari tender elanlarını izləyir, onların müştəri profilinə uyğunluğunu təhlil edir və iştirak üçün tövsiyələr veririk.

Bəli, xarici hüquqi şəxslərin tenderlərdə iştirakı mümkündür, lakin müəyyən məhdudiyyətlər var:


  • Azərbaycanda qeydiyyat - əksər hallarda yerli nümayəndəlik və ya filial tələb olunur.
  • Vergi öhdəlikləri – siz Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçməli və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (VÖEN) almalısınız.
  • Lisenziyalar və icazələr – bəzi fəaliyyət sahələri əlavə icazələr tələb edir.
  • Yerli şirkətlərə üstünlük verilməsi - bəzi tenderlərdə yerli iştirakçılar üçün güzəştli şərtlər müəyyən edilə bilər.

Biz hər bir tenderin şərtlərini təhlil edir və iştirak imkanları ilə bağlı tövsiyələr veririk.

Bəli, biz tender müqavilələrinin hüquqi təhlilini təqdim edirik, o cümlədən:


  • Müqavilənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun yoxlanılması
  • Mümkün risklərin, cəzaların və öhdəliklərin təhlili
  • Dəyişikliklər üçün hüquqi rəylərin və tövsiyələrin hazırlanması
  • Qarşı tərəflərlə şərtlərin razılaşdırılması

Biz tender sənədlərinin hazırlanmasında hərtərəfli dəstək göstəririk, o cümlədən:


  • Tender tələblərinin təhlili və müştəri şirkətin uyğunluğunun müəyyən edilməsi
  • Ərizələrin, texniki və maliyyə təkliflərinin hazırlanması
  • Bütün tələb olunan formaların və bəyannamələrin doldurulması
  • Hüquqi sənədlərin hazırlanması (müqavilələr, lisenziyalar, sertifikatlar)
  • Ərizələrin qəbulunun dəstəklənməsi və tender orqanları ilə qarşılıqlı əlaqə
  • Tenderin bütün mərhələlərində məsləhətlərin verilməsi

Xeyr, biz tenderdə qələbəyə zəmanət vermirik, çünki nəticələr bir çox amillərdən asılıdır:


  • İştirakçılar arasında rəqabət
  • Tender komissiyasının qiymətləndirmə meyarları
  • Müştərinin siyasəti və büdcəsi
  • Təklif olunan həll variantının tender tələblərinə uyğunluğu

Bununla belə, biz sənədlərin səlahiyyətli hazırlanmasını, hüquqi müdafiəsini və tenderlərin strateji təhlilini təmin etməklə uğur şanslarını maksimuma çatdırırıq.

Xeyr, göstərilən xidmətlərə görə ödənişlər geri qaytarılmır, çünki işimiz böyük analitik, hüquqi və texniki prosesi əhatə edir.


Bununla belə, müştəri növbəti tenderlərdə iştirak etməyi planlaşdırırsa, iştirakın səmərəliliyini artırmaq üçün əlavə dəstək və ya əlavə məsləhətləşmələr üçün endirimlər təklif edə bilərik.

Ödənişsiz məsləhət üçün müraciət edin

Bəzi suallarıvızı özünüz üçün aydınlaşdırın